Roberto Bordin: Daha çox qol vura bilərdik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 23-cü turunda “Zirə” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis layiqli qələbə qazandıqlarını deyib:

“Çox emosinal oyun keçdi. Biz 2:0 hesabı ilə irəlidə olandan sonra hər iki komanda tərəfindən açıq oyun getdi. Sonadək mübarizə apardıq, xarakter göstərdik və layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik.

Azarkeşlər tərəfindən mənə qarşı jest normal idi. Çünki bütün “Neftçi” camiəsi bizdən qələbə gözləyirdi, ilk qol isə gecikirdi.Yəni heç bir şəxsi-qərəzlik yoxdur”. 

.

Həmin kateqoriyadan