Roberto Bordin: “İstənilən hesablı qələbə məni qane edəcək”

Sabah Avropa liqasının 1-ci təsnifatında “Neftçi” – “Sperantsa” arasında cavab görüşü olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün “Bakcell arena” stadionunda mətbuat konfransında baş məşqçimiz Roberto Bordin bunu dedi:

“Sabah bizi çətin oyun gözləyir. Bu, futboldur. Futbolda gözlənilməz nəticələr tez-tez olur. Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diqtə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq.

İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşırlar ”.

Həmin kateqoriyadan