Roberto Bordin: “”Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz premyer-liqasının 27-ci turunda “Qəbələ” ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, komandanın çempionluq uğrunda sonadək mübarizə apardığını bildirən italiyalı mütəxəssis, titulsuz qalmağın məsuliyyətini üzərindən atmadığını söyləyib:

“Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bundan daha çox öz futbolçularımızı təbrik edirəm. Çünki mükəmməl mövsüm keçirdilər. Titulu qazanmaq uğrunda sonadək mübarizə apardıq. Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram.

Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər. Amma mövsümboyu onlarla mən işləmişəm və necə zəhmət çəkdiklərini bilirəm. Futbolçularımın hər biri ilə fəxr edirəm”.

Həmin kateqoriyadan