- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

İyulun 12-də Avropa liqasının ilk ələməsində “Neftçi” klubu “Dalğa arena”da Macarıstan “Uypeşt”ini qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordin bunu deyib:
“Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər.
Biz də son 1 ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdılar. Ona görə mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda “Sevilya” haqda düşünmürük. Fikrimizi “Uypeşt”lə oyunlara yönəltmişik”.