- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 26-cı turunda “Sumqayıt”la oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, üzücü gün olduğunu bildirən italiyalı mütəxəssis, yenilginin vəziyyəti daha çətinləşdirdiyini deyib:
“Bizim üçün üzücü gündür. Səhvlərimiz oldu. 2:2-dən sonra qol buraxmağımızı xüsusi vurğulayardım. Rəqib qapısında çoxlu təhlükəli vəziyyət yaratdıq, hətta top qapı dirəyindən də qayıtdı. Öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti 2 oyuna hazırlaşacağıq”.