- Baxış sayı: 34
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İspaniya millisinin və “Mançester Siti”nin 28 yaşlı yarımmüdafiəçisi Rodri Hernandes karyerasını “Real”da davam etdirməsi ehtimalı haqda danışıb.
Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu indi hər şeydən razı olduğunu bildirib:
“İndi İngiltərədəki hər şeydən razıyam. Dünyanın ən yaxşı klublarından birində oynayıram. Hələ üç il müqaviləm var, amma vaxtı gələndə gələcəyi düşünəcəm. İspaniya mənim ölkəmdir, Madrid isə doğma şəhərimdir”.