“Roma” – “Qarabağ” almaniyalı hakimlər briqadası tapşırılıb

Çempionlar liqasının “D” qrupunda “Roma” – “Qarabağ” oyununun hakimləri bəlli olub. Allsport.az saytı xəbər verir ki, bu mərhələnin sonuncu matçını almaniyalı hakimlər briqadası idarə edəcəklər.
Görüşün baş referisi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Qapıların yanında Bastian Dankert və Harm Osmers dayanacaqlar.
Matçın ehtiyat hakimi Kristian Cittelmann təyin olunub. Qeyd edək ki, bu komandalar arasında matç dekabrın 5-də saat 23:45-də başlayacaq.

Həmin kateqoriyadan