- Baxış sayı: 13
- 10 Sentyabr 2026 22:57
- Baxış sayı: 378
- Sentyabr 08, 2026
- 0

“Roma” klubu ukraynalı hücumçu Artem Dovbiki icarəyə göndərib.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu 2026/2027 mövsümünün sonunadək “Bolonya”nın formasını geyinəcək.
Dovbik 2024-cü ilin yayında İspaniyanın “Jirona” klubundan 30,5 milyon avro qarşılığında “Roma”ya transfer olunmuşdu. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Ukraynalı hücumçu ötən mövsüm bütün turnirlərdə 18 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.