Roman Hubnik: “Aydın məsələdir ki, evdə qələbə qazanmaq istəyirik”

Çex Respublikasının “Viktoriya” klubunun kapitanı Roman Hubnik Çempionlar Liqasının 3-cü təsnifatında “Qarabağ” klubuna qarşı keçirəcəkləri matç öncəsi fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, rəqib barədə bunu söyləyib:

“Məncə, biz bu dəfə bir il əvvəlki ilə müqayisədə, avrokuboklara daha yaxşı hazırıq. Hər bir uğursuzluq vacibdir. Çünki bu, səhvləri aradan qaldırmaq barədə daha ciddi düşünməyə əsas verir. Biz də bunun üçün çalışmışıq.

İki il öncə “Qarabağ”la yoxlama oyunu keçirmişdik. O dövrlə müqayisədə komandamız çox dəyişib. Qarşıdakı oyunda necə çıxış edəcəyimizi yaxşı bilirik. Aydın məsələdir ki, evdə qələbə qazanmaq istəyirik”.

Həmin kateqoriyadan