- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyunu öncəsi fikirlərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”a qarşı keçirəcəkləri görüş bərədə bunu söyləyib:
“Cavab matçına ciddi hazırlaşırıq. Rəqibi qiymətləndirməməkdən qaçmağa çalışırıq. İstəyirəm ki, futbolçularım cavab oyununa da ilk oyundakı kimi ciddi yanaşsınlar. Amma ələ düşən qol şanslarından daha yaxşı yararlanmaq şərti ilə.
Hücum futbolu göstərməliyik. Oyunlar arasındakı vaxt fərqi yetərincədir. Qarşıdakı oyuna qədər tam hazır olacağıq. Heyətdə ciddi dəyişiklik gözlənilmir”.