Roman Qriqorçuk: “Futbolçularımızı qınamıram”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində Rusiyanın “Krasnodar” klubuna 0:3 hesablı məğlubiyyətlərini şərh edib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün avrokubok mövsümü başa çatdı. Qrup mərhələsində pis çıxış etmədik. Bu qarşılaşmalarda işləyəcəyimiz materialın nədən ibarət olduğunu gördük. Sıx qrafikdə futbolçularımız çox oynamaq imkanı əldə etdilər. UEFA Avropa Liqasında böyük təcrübə topladıq.

Bu da gələcəkdə komandamıza çox kömək olacaq. İndi isə irəli baxmalı və öz üzərimizdə çalışmalıyıq. Komanda şəklində çıxış edirik. Kim hazır olursa, o da meydana çıxır. Başqa cür düşünə də bilmərik. Oyuna yaxşı başlamışdıq, üstünlük bizim tərəfimizdə idi. Qol vəziyyətlərindən yararlana bilmədik.

Futbolçularımızı qınamıram. Matçdan sonra onlardan razılığımı bildirdim. Andrey Popoviç səhvdən qol buraxandan sonra fasilədə ona həvəsdən düşməməsini dedim. Qapıçımız da ikinci hissədə xarakter göstərdi. Ümumilikdə, komandadan razı qaldım. Dodo və Aleksey Antonov xəstə olsalar da, çıxıb mübarizə apardılar”.

Həmin kateqoriyadan