- Baxış sayı: 33
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini “A” seriyasında oktyabrın ən yaxşısı seçilib.
Allsport.az xəbər verir ki, münsiflər heyəti tərəfindən verilən bu mükafatın qalibi idman mediasının direktorlarının iştirakı ilə müəyyənləşib.
Qasperininin rəhbərlik etdiyi paytaxt təmsilçisi ötən ay çempionatda dörd oyun keçirib. Komanda bu görüşlərdə “Fiorentina” (2:1), “Sassuolo” (1:0) və “Parma” (2:1) üzərində qələbə qazanıb, lakin yalnız “İnter”ə 0:1 hesabı ilə məğlub olub.
Hazırda İtaliya çempionatının 10 turundan sonra “Roma” 21 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.