- Baxış sayı: 19
- 24 İyun 2026 12:18
- Baxış sayı: 52
- İyun 23, 2026
- 0

Kriştianu Ronaldu Madridin elit Salamanka rayonunda özəl klub açacaq.
Allsport.az xəbər verir ki, klubun əsas məqsədi işgüzar və sosial görüşlər üçün məkan yaratmaqdır.
Məkan daxilində telefon istifadəsi və foto çəkmək qadağan olunacaq. Ərazi ko-vorkinq, biznes görüşləri və podkastlar üçün nəzərdə tutulub.
Qonaqlar üç restorandan və şərab klubundan istifadə edə biləcəklər. Üzvlük haqqı ən ucuz tariflə 2 min avrodan, elit paket isə 15 min avrodan başlayacaq.