Ronaldu onunla xal fərqini 23-ə çatdırdı

Kristianu Ronaldu, millidə vurulan qolların sayına görə Lionel Messi ilə arasındakı fərqi artırıb.

Allsport.az xəbər verir ki, mart ayında Lixtenşteyn və Lüksemburq milliləri ilə Avro-2024-ün seçmə mərhələsinin matçının hər birində portuqaliyalı dubl edib. Argentinanın 2:0 hesabı ilə qalib gəldiyi Panama ilə yoldaşlıq görüşündə isə Messi 1 qol vurub.

Milli komandaların bombardiri siyahısına başçılıq edən Ronaldunun Portuqaliya millisində 122 qolu , üçüncü olan Messinin isə Argentina millisində 99 qolu var. Beləliklə, Kriştianu bu göstəricidə Leodan 23 top fərqlə ayrılıb.

İkinci yerdə 109 qolla İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei qərarlaşıb.

Həmin kateqoriyadan