Rövnəq Abdullayev millinin yeni baş məşqçisi ilə görüşdü

Azərbaycan futbol federasiyaları assosiasiyasının prezidenti Rövnəq Abdullayev millinin baş məşqçisi Canni De Byazi ilə görüşüb. Allsport.az xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə premyer liqa klublarının iştirakı ilə keçirilmş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA millətlər liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
 
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov görüşdə iştirak edib.

Həmin kateqoriyadan