- Baxış sayı: 39
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb. Allsport.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə UEFA-nın baş katibinin müavini Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.