Rövnəq Abdullayev: “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi

AFFA prezidenti “Qarabağ” klubunun çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı qurumun saytına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, Rövnəq Abdullayev sevinc hissini bu cür dilə gətirib:

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. “Qarabağ” uğura doğru səbrlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı.

Azərbaycan futbolunda bir ilk edən “Qarabağ” rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

Həmin kateqoriyadan