“Rövnəq Abdullayevlə işləmək şərəf idi”

Bu gün “Bulvar” mehmanxanasında AFFA-nın hesabat-seçki konfransı keçirilir. Allsport.az saytı xəbər verir ki, yığıncaqda FİFA-nın Avropa milli assosiasiyası departamentin direktoru Elxan Məmmədov bunu söylədi:

“Bu tribunada yer almaq xoşdur. AFFA-da çalışanda, tədbirə xüsusi hazırlaşırdım. Amma bu dəfə çıxış üçün hazırlaşmadım. Qərara gəldim ki, ürəyimdən keçənləri deyim:

Hörmətli Rövnəq müəllim, sizinlə işləmək mənə şərəf idi. Siz uzun müddət futboldasız. Düz 20 ildir. Öncə “Neftçi”nin prezidenti olduz, bu klubda uğurlar qazandız. Sonra AFFA-nın rəhbəri kimi nailiyyətlərə nail oldunuz.

Milli komanda böyük uğura yetişməsı də, klublarımız avrokuboklarda qələbələrə yiyələnib. Öncə “Neftçi” və “Qəbələ”, sonra “Qarabağ” qrup mərhələsinə yüksəldi. Ağdam təmsilçisi bu uğuru 10 mövsümdür davam etdirir, son dövrdə qrup raundunu da aşır”.

Həmin kateqoriyadan