Ruadri Hiqqins: Azərbaycanda da yaxşı oyun göstərməyə hazırıq

“Dandalk” klubu İrlandiya çempionatının 27-ci turunda səfərdə “Sent-Patriks”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Ruadri Hiqqins Bakıya ümidli yollanacaqlarını söyləyib:

“”Sent-Patriks”ə qarşı oyun “Qarabağ”la səfər matçına inamla yollanmağımıza şərait yaradıb. Özümüzdən əminik. Rvdə olduğu kimi, Azərbaycanda da yaxşı oyun göstərməyə hazırıq. Futbolçuların hamısı bu gün əllərini qaldırıb, Bakıda oynamağa hazır olduqlarını dedilər. Bundan artıq nəsə istəyə bilmərik”.

Çempionlar liqasının 2-ci ələməsində görüş iyulun 31-də “Dalğa arena”da keçiriləcək. İrlandiyada ilk qarşılaşma 1:1 hesabı ilə bitib.

Həmin kateqoriyadan