Rumıniyada 3 milli üzvü yarımfinala yüksəldi

Azərbaycan yığmasının 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinal mərhələsinə yüksəlib.
Allsport.az xəbər verir ki, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda milli üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Komandanın heyətində Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə gəlməyib və o, mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Həmin kateqoriyadan