- Baxış sayı: 50
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Xorvatiyanın “Hayduk” klubu 23-cü turun “Zadar”la oyununa hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, komandanın ötən gün baş tutan məşqində Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov da iştirak edib.
Lakin o, fərdi qaydada məşq edib. Bu gündən isə o, komanda ilə birgə məşq edəcək. Ruslanın qarşıdakı oyunda debüt edib-etməyəcəyi hələlik, dəqiq bilinmir.
Qeyd edək ki, sözügedən komandalar arasındakı oyun martın 1-də keçiriləcək. “Zadar” sonuncu pillədə qərarlaşdığı halda, “Hayduk” 32 xalla 4-cüdür.