Rza Çalımbəy: “Qarabağ”a qalib gəlmək istəyirik

Noyabrın 5-də “Sivasspor” Avropa liqasının “İ” qrupunda 3-cü turunda evdə “Qarabağ”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Rza Çalımbəy açıqlamasında hədəfin 3 xal olduğunu deyib:

“Həm “Vilyarreal”, həm də “Makkabi” ilə oyun bizim üçün çox imkansız oldu. Son matçda ilk qolu biz vurduq və qırmızı vərəqəyə qədər nəzarət bizdə idi. Hakim sanki azlıqda oynamağımız üçün çalışırdı.

Zədəli futbolcularımız olduğu üçün oyunu dəyişməyə çətinlik çəkirik. Amma önümüzə baxmalıyıq. Qarşıda hələ oyunlar var. “Makkabi”ni İsraildə məğlub edəcəyimizi düşünürəm. “Qarabağ”a qalib gələrək 3 xal qazanmaq istəyirik”.

Həmin kateqoriyadan