Rza Çalımbəy: “Qarabağ”da əsas olan futbol deyil, müharibənin bitməsidir

Avropa liqasının “İ” qrupunda “Qarabağ”ın rəqibi olan “Sivasspor”un baş məşqçisi Rza Çalımbəy UEFA-nın dağlıq Qarabağ münaqişəsinə görə bizim ev görüşlərinin bitərəf meydana salmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan klubu ilə harda görüşməyin fərqi olmadığını söyləyib:

“Hər şeydən əvvəl baş verənlər üzücüdür. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harda oynamağımızın fərqi yoxdur. Bütün matçlara final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycan ilə qardaşıq”.

Həmin kateqoriyadan