Səid Mollayi “Cüdo 2012” klubuna keçib

Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio olimpiadasının gümüş mükafatçısı, dünya və 2-qat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Cüdo klub 2012”də davam etdirəcək.

Allsport.az saytı xəbər verir ki, onunla klub arasında müqavilənin imzalanması mərasiminə ACF-in vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Cüdo klub 2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov qatılıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish