- Baxış sayı: 76
- 09 Avqust 2026 11:45
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisi 2 qızıl və 4 bürünc medal qazanıb.
Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medala layiq görülüblər.
Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) üçüncü olmuşdu.
Beləliklə, 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medal qazanan yığmamız 33 ölkənin iştirak etdiyi Avropa kubokunu üçüncü pillədə tamamlayıb.