Cüdoçularımızın dünya çempionatı sınağı

Cüdoçularımızın dünya çempionatı sınağı

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi dünya çempionatında iştirak edəcək.

Allsport.az xəbər verir ki, avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçiriləcək yarışda yığmamız 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq.

Qızlar 

40 kq
Sunay Salamova 
Zəhra Quliyeva 

44 kq
Pərvin Sevxanlı 

48 kq 
Könül Eyvazlı 

Oğlanlar 

50 kq
Fərid Rzazadə

55 kq
Fərid Xudiyev 
İbrahim Talıbov 

66 kq 
İlkin Qarayev 

73 kq
Yusuf Nəzər
Sadiq Məmmədov

81 kq
Ayxan Həsənli 
Yaqub Məmmədov 

90 kq
Ömər Axundov
Nurəddin Əliyev

Həmin kateqoriyadan