- Baxış sayı: 32
- 09 Noyabr 2026 18:22
- Baxış sayı: 128
- Noyabr 09, 2026
- 0

“Səbail”in futbolçusu Maykl Essyen İngiltərədən dəvət alıb.
Allsport.az saytı xəbər verir ki, qanalı yarımmüdafiəçi 9 ildən sonra yenidən “Stemford Bric”ə qayıdacaq. Keçmiş “Çelsi”li UNİCEF-ə dəstək xarakterli görüşdə iştirak edəcək.
Dünya yığması ilə İngiltərənin əfsanələri arasında keçiriləcək oyun iyunun 16-da olacaq. Görüşdə Essyenlə yanaşı, Didye Droqba, Co Koul, Frenk Lempard, Rikardo Karvalyo kimi futbolçular da iştirak edəcək.