“Səbrli olduq, düşən fürsətləri dəyərləndirə bildik”

10 martda premyer liqanın 26-cı turunda “Turan Tovuz” evdə “Araz Naxçıvan”a 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu söylədi:

“Stresli oyun idi. Hər 2 klub avrokubok mübarizəsindən qopmamağa çalışır. Bu matçda vaxtımızın gəlməyini gözlədik. Səbrli olduq, düşən fürsətləri dəyərləndirə bildik.

3-cü dövrə bitir. Fasilədə son dövrəyə yaxşı hazırlaşmalıyıq. Qarşıda çox gərgin oyunlar olacaq. Diqqətli olmalıyıq”.

Həmin kateqoriyadan