- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 3-cü təsnifatında “Ferentsvaroş”a qarşı cavab oyunu öncəsi Heydər Əliyev beynəlxalq aeroportunda deyib.
O, son dəqiqəyədək çalışacaqlarını qeyd edib: “Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey səfərdə həll olunmalıdır. Vaxtımız az olsa da, hazırlığımız pis getməyib. Futbolçularıma inanıram. Çox yaxşı oyun göstərmək niyyətindəyik”.
Avqustun 9-da Macarıstan klubu ilə görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Azərbaycanda ilk matçda qalib müəyyənləşməyib – 1:1.