“Səfərdə uduzsaq da, cavab görüşünə inamımız çoxdur”

“Qarabağ” çempionlar liqasının 1-ci təsnifatında evdə Polşanın “Lex” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Çox vacib oyuna çıxacağıq. Bəlkə əvvəllər 3-cü turda bu cür rəqiblərlə qarşılaşırdıqsa, indi startda çox layiqli komanda düşdü. İlk oyunda rəqibin gücünü hiss etdik. Əvvəlki oyundan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq.

Bu gün eyni sözləri deyirəm. Səfərdə uduzsaq da, cavab görüşünə inamımız çoxdur. İlk oyuna baxırıq, rəqibi daha yaxından tanımağa çalışırıq. Sabah meydanda düşüncəli komanda olmalıyıq. “Lex” istənilən dəqiqələrdə qol vura bilən komandadır.

Çox yaxşı müdafiə olunurlar, topla yaxşı davranan futbolçuları var. Hər bir halda futbolçularıma inanıram, güvənirəm. Sabah meydanda çox düşüncəli komanda olmalıyıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Həmin kateqoriyadan