Sənan Qurbanov: 1-ci hissədən tam narazıyam

Topaz premyer liqasının 17-ci turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 39 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Keşlə” ilə öz meydanımızda qarşılaşdıq. Bu görüşdə qalib gəlmək istəyirdik. Matça hazırlaşmışdıq, futbolçulara tapşırıqlarımızı vermişdik. Qalib gələ bilmədiyimizə təəssüflənirik. 1-ci hissədən tam narazıyam. İkinci yarıda komanda nisbətən hərəkətli idi. İmkanlarımız da oldu. Həm qələbə qazana, həm də uduza bilərdik.

Bu matç üçün heç-heçə ədalətli nəticə idi. Bizə belə oyun tərzi lazım deyil. Bəzi epizodları yaxşı kimi qeyd etmək olsa da, ümumilikdə oyundan narazı qaldım. Futbolçulara aşılamağa çalışdıq ki, əvvəlki matçı unutmaq lazımdır. Ola bilər ki, keçən turdakı oyundan razı qaldıq. Bu dəfə daha istəkli komanda gözləyirdim”.

Həmin kateqoriyadan