Sənan Qurbanov: Biz ona üzülürük ki, yaxşı oynayıb, məğlub olduq

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Qəbələ” – “Anderlext” (Belçika) oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi gənc mütəxəssisin fikri ilə tanış edir:

Bu oyun da “Sent-Etyen”lə qarşılaşmada olduğu kimi, yenə üzücü oyun oldu. Futbolçularımız yaxşı oynadı. Ani diqqətsizlik üzündən qapımızda qollar gördük. “Anderlext” kimi sürətli komanda ilə oyunda buna yol verməyin nəticəsi belə olur.

Baş məşqçimiz görüşdən öncə də bu barədə futbolçulara xəbərdarlıq etmişdi. Buna baxmayaraq, futbolçularımız ümumilikdə yaxşı oynadı. Biz də ona üzülürük ki, yaxşı oynayıb, məğlub olduq. “Qəbələ” üçün ardıcıl 2 mövsüm qrupda oynamaq böyük təcrübədir. Həm ötən il, həm bu il yaxşı oyunlar keçirmişik. Belə təcrübə toplamaqla komandamız irəli gedəcək”.

Həmin kateqoriyadan