Sənan Qurbanov: “Yoxlama oyununda səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq”

Sloveniya toplanışı çərçivəsində “Qəbələ” – “Krakoviya” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov fikrini açıqlayıb. Allsport.az saytı verir ki, 38 yaşlı mütəxəssis 0:1 bitən matçı belə dəyərləndirib:

“Oyunun gedişində bəzi səhvlər buraxdıq. Rəqib də bu boşluqlardan yararlandı. Səhvlərimizi yoxlama oyununda gördük. Qarşılaşmanı təhlil edib, həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Buna baxmayaraq, qol imkanlarımız da oldu. Lakin bundan istifadə edə bilmədik. Yoxlama oyununda səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq.

İyunun 12-dən başlayan hazırlıq prosesi bizim üçün faydalı oldu. Komanda üzvləri məşqlərdə səylə çalışdı. Bunun faydasını qarşıdakı görüşlərdə görəcəyik. Toplanışın səmərəli keçməsi bizə meydanda daha hərəkətli, daha güclü olmaq imkanı verdi. Avropa liqasında ilk oyuna qədər vaxtımız var. İyulun 12-dək hər gün, hər məşqdən səmərəli istifadə edəcəyik”.

Həmin kateqoriyadan