Şənol Günəş: “Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq”

Sabah “Beşikdaş” konfrans liqasının 3-cü ələməsində Bakıda “Neftçi” klubu ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, bu gün “Neftçi arena”da keçirilən mətbuat konfransında “qara qartallar”ın baş məşqçisi Şənol Günəş bunu söylədi:

“Bakıda olmaqdan məmnunuq. Yad yerdə deyilik. Başqa bir Azərbaycan klubu “Sabah”la xeyriyyə matçında qarşılaşmışıq.

Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Azərbaycanda futbol inkişaf edir. “Neftçi” 9 dəfə ölkə çempionu olub, Avropa liqasının qrupunda oynayıb.

“Qarabağ”ın uğurları bəllidir. Üstəlik, “Sabah” da yüksəlişdədir. Rəqibimiz yaxşı transferlər edib. Həmkarım Adrian Mutu güclü komanda qurub”.

Həmin kateqoriyadan