Şənol Günəş: “Zeynəddinov özünü ən yaxşı tərəfdən göstərdi”

“Beşikdaş”ın baş məşqçisi Şənol Günəş konfrans liqasının ilk pley-off mərhələsində Kiyevdə “Dinamo” üzərində 3:2 hesablı qələbəni şərh edib. Allsport.az saytı xəbər verir ki, o, sonradan meydana çıxan və qələbədə pay sahibi olab yarımmüdafiəçi Bəxtiyar Zeynəddinovun şəninə tərif deyib:

“Mən Bəxtiyara üstünlük verdim, çünki o bu mövsüm oynayıb. Masuaku zədələnəndə, onu seçdim.
Hücum edən sağ cinah müdafiəçisinə və onun çatışmazlıqlarına nəzarət etmək üçün Bəxtiyar Ümidlə qoşalaşdı.

Zeynəddinov özünü ən yaxşı tərəfdən göstərdi. Müsbət və mənfi cəhətləri var, amma əsas odur ki, biz qalib gəldik”.

Həmin kateqoriyadan