“Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

“Qarabağ” Avropa liqasının “İ” qrupunun ilk turunda oktyabrın 22-də Tel-Əvivdə “Makkabi” ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, matçdan öncə baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Makkabi”nin həm “Dinamo” (Brest, Belarus), həm də “Zalsburq”la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var.

Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan