Sabah “Qarabağ” – “Şerif” matçının biletləri satışa çıxır

Çempionlar liqasının 3-cü təsnifatının ilk matçında “Qarabağ” – “Şerif” (Moldova) görüşünün biletləri satışa çıxır. Allsport.az saytı xəbər verir ki, azarkeşlərimiz sabah saat 12:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionun kassalarına yaxınlaşa bilərlər. Bu komandalae arasında matç iyulun 25-i saat 21:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar – 5AZN
VİP – 50 AZN

Həmin kateqoriyadan