“Sabah”ın rusiyalı məşqçi heyəti Latviyaya buraxıldı

Konfrans liqasnın 2-ci təsnifatında RFŞ ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Murad Musayev və komandanın rusiyalı digər çalışdırıcılarının Latviyaya girişində nöqsan yaranmayıb. Allsport.az saytı xəbər verir ki, artıq məşqçilər heyəti komanda ilə birgə Riqadadır.

“Ağ-göylər”, rusiyalı mütəxəssislərinin Şengen vizası olmadığı üçün, Latviyaya buraxılmamaq ehtimalını nəzərə alaraq, matçın başqa ölkədə keçirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

RFŞ – “Sabah” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan