“Şadam ki, 1:3-dən geri dönə bildik”

“Biz oyuna yaxşı başladıq. Sonra 3 qol buraxdıq. Şadam ki, 1:3-dən geri dönə bildik və heç-heçəyə nail olduq”.

Allsport.az saytı xəbər verir ki, bunu Hayfa “Makkabi”sinin (İsrail) baş məşqçisi Barak Bahar konfrans liqasının pley-off mərhələsində “Neftçi” ilə ilk görüşündən (3:3) sonra mətbuat konfransında deyib. O, Bakıdakı nəticənin onları qane etdiyini bildirib:

“Bir həftədən sonra cavab görüşü keçiriləcək. Biz doğma azarkeşlərimiz önündə oynayacağıq. “Neftçi” güclü komandadır və eyni səviyyəli rəqiblər oynayırdı. Rəqibin ilk qolu gözəl alındı. Sonra ruhlanıb daha 2 qol vurdular. Bu nəticə bizi qane edir”.

Həmin kateqoriyadan