- Baxış sayı: 15
- 23 İyun 2026 18:11
- Baxış sayı: 22
- İyun 23, 2026
- 0
19 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsinə heç-heçə ilə başlayıb. Allsport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Nikolay Adam Macarıstanda yerli komanda ilə 1:1 hesablı bərabərlikdən razı qalıb.
Oyundan sonra fikirlərini bildirən mütəxəssis seçmə mərhələyə məğlubiyyətsiz başladıqlarına görə çox sevindiyini deyib:
“Şadam ki, bu vacib işin öhdəsindən gəldik. Hesabda geri olduğumuz üçün ikinci hissədə Elnur Cəfərovu dəyişməklə taktiki addım atdıq. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.