Sadıq Sadıqov Balayevin “Ayntraxt”a transferindən danışdı

“Neftçi”nin prezidenti Sadıq Sadıqov Emil Balayevin “Ayntraxt” klubuna keçidi ilə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında gündən-günə inkişaf edir. Son illərdə aparılan gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik. “Neftçi”nin yetirməsi olan Emil Balayev həm də milli komandamızın üzvüdür. Onun bir qapıçı kimi yetişməsi də son illərdə gənc və yerli oyunçulara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz inanırıq ki, Emil “Ayntraxt”ın heyətində möhkəmlənərək Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək. “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçu yetişməkdədir. Şübhəsiz ki, onlar da gələcəkdə “Neftçi”nin heyətində möhkəmlənərək uğurlu legioner həyatı yaşayacaqlar”.

Həmin kateqoriyadan