Sadıq Sadıqov “Neftçi”dən getdi

Gözlənilənlər özünü doğruldu: bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verdi. Allsport.az qol.az saytına istinadən xəbər verir ki, yaxın vaxtlarda istefanın səbəbləri haqda Sadıqovun özünün açıqlama verməsi gözlənilir.

O, 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

Həmin kateqoriyadan