“Şahdağ” finalda, “Araz Naxçıvan”a 3-cü yer verildi

Region liqasının işçi qrupu AFFA-nın intizam komitəsinin “Füzuli” – “Baku” klublarının oyunu ilə bağlı çıxardığı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, yarımfinalda keçirilməli olan “Baku” – “Şahdağ” görüşünün ləğv olunması və adı 2-ci çəkilən komandanın birbaşa final oyununa yüksəlməsi barədə qərar qəbul edib. 

Allsport.az saytı xəbər verir ki, eyni zamanda, digər yarımfinal oyununda “Uğur” komandasına məğlub olmuş “Araz Naxçıvan” komandasının birbaşa olaraq region liqasında 3-cü yeri tutması haqqında qərar qəbul olunub.

Həmin kateqoriyadan