- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının 2-ci təsnifat mərhələsində Avstriyanın “Admira” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytının məlumatına görə, mütəxəssis 0:2 hesabı ilə uduzduqları qarşılaşmamdan (ilk görüş – 0:1) sonra bunu söyləyib:
“Taktika belə idi: 80-ci dəqiqəyə qədər müdafiədə oynayıb, sonra mübarizəyə yeni qoşulan futbolçuların köməyi ilə matçın taleyini həll edək. Çox təəssüf, bu alınmadı, adi səhvdən qol buraxdıq. Düzünü desəm, indiki vəziyyətdə ilk mərhələni keçməyə belə inam yox idi. Sadəcə, futbolçular başlarından yuxarı tullandılar”.