Şahin Diniyev: “Transferlərdən razılığımı ifadə edə bilərəm”

Məlum olduğu kimi, “Kəpəz” klubu iyunun 12-dən Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev hazırlığın ilk 5 gününü btlə  dəyərləndirib:

“Uşaqlar səylə, əzmlə məşqlərdə iştirak edirlər. Verilən tapşırıqları maksimum şəkildə yerinə yetiməyə çalışırlar. Hər bir futbolçu Avropa Liqasında çıxış etməyin məsuliyyətini yaxşı dərk edir. Hazırlıq prosesinin gedişatından razıyam. Qarşıdakı yoxlama oyununda oyunçuların yaxşı çıxış edəcəyinə inanıram.

Transferlərdən də razılığımı ifadə edə bilərəm. Sadəcə, komandaya yeni qoşulduqları üçün oyun sistemimizə tam uyğunlaşmayıblar deyə bir qədər çətinlik çəkirlər. Bu da zamana bağlı məsələdir. Düşünürəm ki, toplanışın sonuna kimi onlar da tam adaptasiya olub, komandaya xeyir verəcəklər”.

Həmin kateqoriyadan