- Baxış sayı: 18
- 23 İyun 2026 15:47
- Baxış sayı: 195
- İyun 23, 2026
- 0
Synergy Group tərəfindən təşkil edilən Shamkir Chess 2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Allsport.az xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib.
Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv “Shamkir Kapital Group”a 1:7 hesabıyla uduzub.
3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub.
Finalda “Shamkir Kapital Group” Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.