Şahruddin liderlər siyahısında

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində həm buraxılan qol, həm də seyv sayında liderlərdəndir.

Allsport.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla dünən Bakıda keçirilən oyunda seyvlərinin sayını 44-ə çatdırıb.

Şahruddin bu göstəricidə Avropa zonasında 2-ci sıraya yüksəlib. O, San-Marinonun qapıçısı Elia Benedittiniyə çatıb. Hər iki qolkiper 44 qurtarış edib. Cədvələ Lixtenşteyn yığmasının qolkiperi Bencamin Buşel başçılıq edir. O, 57 seyvə imza atıb.

Ən çox top buraxanlar siyahısında da Məhəmmədliyevin adı var. 27 yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub. San Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.

Həmin kateqoriyadan