- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Liverpul” premyer liqanın 17-ci turu çərçivəsində səfərdə “Tottenhem”i 6:3 hesabı ilə darmadağın edib.
Allsport.az xəbər verir ki, mersisaydlıların hücumçusu Məhəmməd Salah matç ərzində iki qol vurub və iki məhsuldar ötürmə edib. Bununla da, 32 yaşlı futbolçu 252 qol qatqısı (172 qol və 80 məhsuldar ötürmə) edib və premyer liqada 249 qol xalı olan (175 qol və 74 məhsuldar ötürmə) “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anrini keçib.
Misirli futbolçu hazırda çempionat tarixinin bombardirlər siyahısında 7-cidir.