Salahdan 2 rekord

“Mançester Yunayted” premyer liqanın 32-ci turunun matçında “Liverpul”la heç-heçə edib – 2:2.

Allsport.az xəbər verir ki, “qırmızılar”ın bu oyunda 2-ci qolunu hücumçu Məhəmməd Salah vurub. Misirli 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu qol Salaha eyni anda bir neçə nailiyyəti qeyd etməyə imkan verib: Premyer liqa tarixində “Mançester Yunayted”ə qarşı ən çox qol (11), premyer liqada “Old Trafford”da “qırmızı şeytanlar”a ən çox qol (6).

Həmin kateqoriyadan