- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, bu barədə qərarı PFL verib. Bu, çempionlar liqasının pley-off mərhələsində təmsil edəcək klubumuzun quruma müraciəti əsasında gerçəkləşib. “Qarabağ” qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə ölkə çempionatının 3-cü turunda “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
Bu müraciəti, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL, 2024/25-ci illər futbol mövsümünün əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq, 3-cü turun “Şamaxı” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib.